• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Blinken Qazaxıstana gedə bilər

DÜNYA

22 Fevral 2023 | 11:44

Blinken Qazaxıstana gedə bilər

ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstana gedə bilər.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Qazaxıstan XİN rəhbəri Muxtar Tleuberdı hökumətin bu gün keçirilən iclası çərçivəsində jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, Blinkenin Astanaya mümkün səfəri ilə bağlı Amerika tərəfdən rəsmi təsdiq gözlənilir və hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, daha öncə Qazaxıstan KİV-də “C5+1” formatında nazirlər səviyyəsində illik toplantının Astanada keçiriləcəyi və orada iştirak üçün ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstana səfərinin gözlənildiyi barədə məlumat yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026