• Bakı 18° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Belemdə Azərbaycanın iştirakı ilə COP31-də sədrlik məsələsi müzakirə olunub

    DÜNYA

    21 Noyabr 2025 | 11:22

    Belemdə Azərbaycanın iştirakı ilə COP31-də sədrlik məsələsi müzakirə olunub

    Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliya, Azərbaycan və Avstraliya nümayəndələri ilə dördtərəfli görüşə sədrlik edib.

    Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin təmsil etdiyi görüşdə çəkilən fotoşəkil Türkiyənin İqlim Dəyişikliyi Qurumunun veb-saytında yerləşdirilib.

    M. Kurum qeyd edib ki, görüşün əsas mövzusu 2026-cı ildə keçirilməsi planlaşdırılan COP31 iqlim sammitinə sədrlik olub.

    “Biz qarşıdan gələn sammitin təşkili məsələlərini müzakirə etdik və COP31 sədrliyi ilə bağlı mühüm addımlar barədə razılığa gəldik. Ümidvaram ki, dördtərəfli görüş müsbət proseslərin müjdəçisi olacaq”, - deyə türkiyəli nazir bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Oktyabr 2026