• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda 14 yaşlı qız 12-ci mərtəbədən yıxılaraq öldü

HADİSƏ

10 Mart 2024 | 12:34 | Müəllif: Subhan Mahmudov

Bakıda 14 yaşlı qız 12-ci mərtəbədən yıxılaraq öldü

Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında yerləşən “Gözəl Bakı” yaşayış kompleksində 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.

14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026