• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Bakı bulvarında intihar edən şəxs müəllim imiş - FOTOLAR

HADİSƏ

27 Mart 2023 | 09:44

Bakı bulvarında intihar edən şəxs müəllim imiş - FOTOLAR

Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edən şəxsin müəllim olması üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, estakadadan özünü dənizə ataraq həyatına son qoyan Lənkəran rayon sakini 50 yaşlı Rəhimov Rasim Həsən oğlu coğrafiya müəllimi olub. O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.

İlkin ehtimala görə, R.Rəhimov ailədaxili problemləri ilə əlaqədar həyatına son qoyub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bakı bulvarında intihar edən şəxs müəllim imiş - FOTOLARBakı bulvarında intihar edən şəxs müəllim imiş - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026