• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda neçə körpəyə Zəfər adı verilib?

CƏMİYYƏT

24 Oktyabr 2023 | 11:09

Azərbaycanda neçə körpəyə Zəfər adı verilib?

Azərbaycanın tarixi Zəfər Gününün ildönümünə sayılı günlər qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu nəzərə alaraq, son 5 ildə Zəfər adının neçə körpəyə verilməsini araşdırıb.

Ədliyyə Nazirliyinin rəsmi rəqəmlərinə istinadən məlum olub ki, 2020-ci il Vətən müharibəsinə qədər bu ada müraciət edənlərin sayı az olub.

Ümumilikdə son 5 il ərzində 374 nəfər Zəfər adı ilə qeydiyyata alınıb.

Belə ki, 2019-cu ildə 22, 2020-ci ildə 110, 2021-ci ildə 125, 2022-ci ildə 82, 2023-cü ildə 35 nəfər öz körpəsinə Zəfər adını verib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanda Zəfər Günü təsis edilib. Sərəncama əsasən, hər il noyabrın 8-i ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026