• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Araz sahilindən silah-sursat tapıldı

CƏMİYYƏT

23 Noyabr 2023 | 09:14

Araz sahilindən silah-sursat tapıldı

İmişli Rayon Polis Şöbəsinə Araz çayının rayon ərazisindən keçən hissəsinin sahilində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 23 ədəd daraq və 467 ədəd patron aşkarlanaraq götürülüb.

Həmçinin, son iki gün ərzində şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 4 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026