• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

SİYASƏT

29 Iyun 2026 | 21:36 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrinin infrastruktur imkanlarının sinxronlaşdırılmasını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Müzakirələr bu gün Azərbaycan DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və Rusiyanın Gömrük Xidmətinin rəhbəri Valeri Pikalyovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşdə baş tutub.

Tərəflər həmçinin müəyyən mövsümi dövrlərdə yüklərin keçidinin sürətləndirilməsi, yük nəqliyyat vasitələrinin keçidi zamanı yarana biləcək sıxlıqların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində nümayəndə heyətləri Rusiya Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin "Yaraq-Qazmalar" və "Tahirkənd-Qazmalar" gömrük-keçid məntəqələrinin mövcud infrastrukturu, texniki təchizatı, buraxılış imkanları və cari fəaliyyəti ilə yerində tanış olublar.

Görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, perspektiv istiqamətləri müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026