• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək

CƏMİYYƏT

08 Oktyabr 2025 | 09:25 | Müəllif: Əli Hüseynov

AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a  istinadən xəbər verir ki, Agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində - magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR