Qubada avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Quba şəhərində qeydə alınıb.
Beləki, "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman rayon sakini, 2012-ci il təvəllüdlü Süleymanlı Səlahəddin Süleyman oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
















