• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

ANAMA əməkdaşı MİNAYA DÜŞDÜ

HADİSƏ

02 Aprel 2024 | 18:57 | Müəllif: Subhan Mahmudov

ANAMA əməkdaşı MİNAYA DÜŞDÜ

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026