• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Albaniyanın Baş naziri COP29-da iştirak edəcək

COP29

31 Oktyabr 2024 | 13:54

Albaniyanın Baş naziri COP29-da iştirak edəcək

Albaniyanın Baş naziri Edi Rama COP29-da iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadian etimadnaməsini qəbul edərkən bildirib.

Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün bunların ölkələrimiz arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini dedi. Ölkələrimizin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026