• Bakı 20° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Ağstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİB

HADİSƏ

29 Aprel 2023 | 17:29

Ağstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİB

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətləri stabildir.

 

16:55

Ağstafada yol qəzasında yaralanan şəxslərin adları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bakıvaxtı.az-a verdiyi xəbərə görə, Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində VAZ 2107 və Toyota markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

İlkin araşdırmalar zamanı məlum ki, VAZ 2107 markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölməsi, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Bundan başqa Toyota markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

 

15:56

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.

Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir. /Report

 

14:48

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması, "Toyota" markalı avtomobilin 6 sərnişinin yaralanması, "VAZ 2107" markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib,  faktla bağlı əlavə məlumat veriləcək

***

14:38

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumatlara görə, 4-ü uşaq olmaqla 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

***

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Ağstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİBAğstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİBAğstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİBAğstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİBAğstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİBAğstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİBAğstafadakı qəzada yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026