• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

22 yaşlı qızı ərə getmək istədiyinə görə öldürdü

DÜNYA

01 Aprel 2024 | 12:55 | Müəllif: Subhan Mahmudov

22 yaşlı qızı ərə getmək istədiyinə görə öldürdü

Hindistanlı kişi 22 yaşlı sevgilisini evlənmək istəməkdə israrlı olduğu üçün öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of India" yazır.

Qızın meyiti martın 15-də Maharaştra ştatının Palqar rayonunda kirayədə qaldığı mənzildə tapılıb. Qonşuların çürümə iyindən şikayət etməsindən sonra polis gəlib. Əvvəlcə polis qəza versiyasını nəzərdən keçirsə də, patoloqlar qızın boğularaq öldürüldüyünü müəyyən ediblər.

Təqsirləndirilən şəxs martın 22-də doğulduğu Qərbi Benqaldan həbs edilib. O, saxta adla gizlənməyə çalışıb.

O, günahını boynuna alıb, qızın onunla zorla evlənməkdə çox israrlı olduğunu, lakin özünün evlənmək istəmədiyini bildirib.

Faktla bağlı araşdırma davam edir./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026