• Bakı 15° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

2 avtomobil toqquşdu - Xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

13 Noyabr 2023 | 23:51

2 avtomobil toqquşdu - Xəsarət alanlar var - YENİLƏNİB

Gəncə şəhərində 2 avtomobilin toqquşması nəticəsində xəsarət almış Ayaz Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, qəzada xəsarət almış digər şəxsin müalicəsi isə davam edir.

Bundan başqa, məlumata görə, eyni qəzadan daha 1 nəfər də xəstəxanaya müraciət edib. O, 1995-ci il təvəllüdlü T.Cəfərovdur.

Xatırladaq ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

23:11

Gəncə şəhərində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində "VAZ" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məhəd Qasımov və 1985-ci il təvəllüdlü Ayaz Məmmədov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR