• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski narazılıq etdi: Ərdoğan bunu bacarmadı

DÜNYA

19 Dekabr 2023 | 23:40 | Müəllif: Subhan Mahmudov

Zelenski narazılıq etdi: Ərdoğan bunu bacarmadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi məsələsində heç bir nəticə əldə etməyib.

Bakıvaxtı.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, əsirlərin mübadiləsi kifayət qədər mürəkkəb məsələdir, xüsusən də bu, Krımdakı məhbuslara aiddir. Bununla belə, o, Ərdoğanın bu məsələdə kömək edəcəyinə söz verdiyini xatırladıb:

“Krımlılara gəlincə, mürəkkəb tarixçədir. Beynəlxalq təşkilatlara təşəkkür ediləcək bir şey yoxdur, heç nə edə bilmədilər. Mən Ərdoğanla bu məsələdə çox işləmişəm. Hörmətli Prezident Ərdoğan indiyədək Krım ərazisində olan məhbuslarla bağlı nəticə əldə edə bilməyib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026