• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xankəndinə aparılan yardım Laçın postunda yoxlanıldı - FOTOLAR

CƏMİYYƏT

18 Sentyabr 2023 | 09:08

Xankəndinə aparılan yardım Laçın postunda yoxlanıldı - FOTOLAR

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçid etdi.

Bakıvaxtı.az xəbər verir ki, yük maşınları "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarından yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.

Qeyd edək ki, Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.

Separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.

Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngitdilər.


Xankəndinə aparılan yardım Laçın postunda yoxlanıldı - FOTOLARXankəndinə aparılan yardım Laçın postunda yoxlanıldı - FOTOLARXankəndinə aparılan yardım Laçın postunda yoxlanıldı - FOTOLARXankəndinə aparılan yardım Laçın postunda yoxlanıldı - FOTOLARXankəndinə aparılan yardım Laçın postunda yoxlanıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026