• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndidə Zəfər paradı hazırlığı

CƏMİYYƏT

29 Oktyabr 2023 | 10:29 | Müəllif: Subhan Mahmudov

Xankəndidə Zəfər paradı hazırlığı

Noyabrın  8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü Xankəndidə qeyd edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə etibarlı mənbələr məlumat yayıb.

Məlumata görə, paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər Gününün azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etdirilməsi gözlənilir.

Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi parad keçirmişdi./musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR