• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşaqlar təhlükədə: Bu oyuncaqlar xərçəng yaradır

CƏMİYYƏT

26 Sentyabr 2023 | 10:51 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlar təhlükədə: Bu oyuncaqlar xərçəng yaradır

Oyuncaqlar uşaqların həyatının ayrılmaz hissəsidir. Hər birimiz körpə olan evə gedəndə mütləq ona bir oyuncaq alırıq. Amma çox vaxt da oyuncaqların keyfiyyətinə fikir vermirik. Bəs uşaqlara oyuncaq seçərkən nələrə diqqət etməliyik?

Elmir Əkbər: Bir məqamda da diqqət etməliyik ki, oyuncaqlar təhlükəsiz, zəhərsiz olsun

Psixoterapevt, psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a açıqlamasında deyib ki, uşaqların formalaşmasında və inkişafında oyuncaq, düşündüyümüzdən də artıq dərəcədə əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dünyaya gəldiyi ilk vaxtlardan oyuncaqlar uşaqların həyatlarında olmalıdır. Hansı ki, körpələr dünyanı oyun vasitəsilə dərk edir və bu oyuncaqlar uşaqların sensor inkişafı üçün əhəmiyyətli kəsb edir: “Uşaqlar onun rənginə, hərəkətinə, çıxardığı səslərə fikir verirlər. Uşaqlar böyüdükcə onlarda daha çox sökülüb-yığılan oyuncaqlara maraq yaranır”.

Müsahibimizə görə, uşaq olan evə qonaq gedəndə istəyirik bahalı oyuncaqlar alaq və elə zənn edirik ki, uşaq sevinəcək. Ancaq körpə oynayır və bir az keçir, oyuncağı sındırıb atır qırağa: “Ancaq valideynlər bilməlidir ki, uşaqlara bahalı oyuncaqlar lazım deyil. Sökülüb-yığılan, hərəkət edən, səs çıxaran oyuncaq lazmdır. Ona görə də indi əksər mağazalarda oyuncaq hissələrinə, sökülmüş versiyasına rast gəlirik. Uşaqlar özləri onu qurub, oyuncaq yaradırlar".

Elmir Əkbər xüsusilə bildirib ki, oyuncaqlara maraq hər yaş dövründə ola bilər. Elə böyüklər var ki, oyuncaqlardan özünə kolleksiya toplayır və bu da normal haldır: "Böyüklər üçün onun estetik görüntüsü əhəmiyyət daşıyır. Ancaq uşaqlar üçün bunun bir əhəmiyyəti yoxdur".

Psixoloq valideyinləri oyuncaq alarkən diqqətli olmağa səsləyib: "Həmçinin bir məqamda da diqqət etməliyik ki, oyuncaqlar təhlükəsiz, zəhərsiz olsun. Uşaqları oyundan məhrum etmək olmaz. Sadəcə, biz şərait yaratmalıyıq”.

Müsahibimiz daha bir məqama diqqət ayırır: “Uşaqların oyuncaqlarının sayı çox olmamalıdır. Oyuncaq sayı çox olanda uşağın diqqətini dağıdır".

Qoşqar İsmayılov: Valideynlərə uşaqlarına tüksüz oyuncaq almaları tövsiyə olunur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan pediatr Qoşqar İsmayılov bildirib ki, ilk növbədə aldığımız oyuncağın materialına fikir verməliyik, eyni zamanda, uşaqların yaşını diqqətdə saxlamalıyıq. Uşaqların hərəsinin öz yaş dövrünə uyğun oyuncaqlar almaq tövsiyə edilir.

Bundan başqa, həkim valideynlərə uşaqlarına tüksüz oyuncaq almağı tövsiyə edir: “Belə oyuncaqları onlara 1 yaşdan sonra almaq olar".

Müsahibimiz qeyd edib ki, istər plastik olsun, istər parça, fərq etməz, oyuncaqlar əsas keyfiyyətli materialdan olmalıdır: "Vacib bir məqam da odur ki, allergiyaya meyilli uşaqlar var. Onlar keyfiyyətsiz oyuncaqlarla kontaktda olanda, əllərində allergiya yarana bilər, yaxud tüklü oyuncaqdan öskürək yarana bilər”.

“Bir də bəzi maye halında, plastilin formasında olan oyuncaqlar var ki, onlar uşaqlara çox məsləhət görülmür. Çünki dəri xəstəliyi yarada bilər", - deyə Qoşqar İsmayılov vurğulayıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026