• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynalı uşaqlar Qəbələdə

CƏMİYYƏT

03 Oktyabr 2023 | 08:50 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynalı uşaqlar Qəbələdə

Ukraynadakı müharibədən zərər çəkən və reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən daha 30 ukraynalı uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar.

Bakıvaxtı.az xəbər verir ki. ilk mərhələdə müayinədən keçirilən hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.

Bu proqram əsasında onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər.

15 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün milli rəqslər, stolüstü oyunlar, futbol, badminton yarışları, Şəki, İsmayıllı, Şamaxı şəhərlərinə ekskursiyaları da təşkil olunacaq.

 


Ukraynalı uşaqlar QəbələdəUkraynalı uşaqlar QəbələdəUkraynalı uşaqlar QəbələdəUkraynalı uşaqlar QəbələdəUkraynalı uşaqlar Qəbələdə
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026