Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb.
Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Bakı 




