Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp İranla müharibəyə Böyük Britaniyanın reaksiyasına görə Baş nazir Kir Starmeri zəif olmaqda ittiham edib.
Bakıvaxtı.az “The Telegraph”a istinadla xəbər verir ki, Ağ Evdə Pasxa münasibətilə təşkil olunan nahar zamanı çıxış edən Tramp Starmeri istehza ilə təqlid edərək onun qərarsız davrandığını bildirib. ABŞ Prezidenti iddia edib ki, Britaniyadan Yaxın Şərqə köhnə və yararsız iki aviadaşıyıcı göndərmək barədə soruşduqda Starmer komandası ilə məsləhətləşməli olduğunu deyib.
Tramp bildirib ki, Böyük Britaniya ABŞ-ın ən yaxşı müttəfiqi olmalı idi, lakin bu dəfə belə olmayıb: “Onlar bizim ən yaxşı müttəfiqimiz olmalı idi, amma belə olmadılar. Mən dedim ki, sizin iki köhnə, yararsız aviadaşıyıcınız var, onları göndərə bilərsinizmi?”
ABŞ Prezidenti Starmeri zəif səslə təqlid edərək deyib: “Oh, mən komandamdan soruşmalıyam”. Tramp əlavə edib ki, Baş nazirin qərar vermək üçün komandası ilə görüş gözləməsi yersiz idi.
O, çıxışında yaxın vaxtlarda Kral III Çarlzın ABŞ-yə səfər edəcəyini də xatırladaraq onu yaxşı insan adlandırıb.
Bakı 




