• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Toyda kütləvi zəhərlənmə: 400 nəfər...

DÜNYA

31 Avqust 2026 | 17:33 | Müəllif: Günəş Mərd

Toyda kütləvi zəhərlənmə: 400 nəfər...

Türkiyənin Bursa vilayətinin Orhaneli rayonunda keçirilən toy mərasimində təqdim olunan yeməkdən sonra  təxminən 400 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. 

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Karıncalı məhəlləsində baş verib.

Mərasimdə təxminən 500 nəfərə toyuq və düyüdən hazırlanmış yemək təqdim olunub. Yeməkdən sonra bəzi iştirakçılarda ürəkbulanma və qusma kimi əlamətlər müşahidə edilib.

Bursa İl Səhiyyə İdarəsinin məlumatına görə, hadisə ilə əlaqədar vəziyyəti ağır olan xəstə yoxdur. 

Hadisə ilə bağlı araşdırma aparılır. Zəhərlənməyə məhz hansı qidanın səbəb olduğu isə laborator müayinələrdən sonra müəyyənləşdiriləcək.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026