• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Torontoda atışma - 12 nəfər yaralandı

DÜNYA

08 Mart 2025 | 21:57 | Müəllif: Subhan Mahmudov

Torontoda atışma - 12 nəfər yaralandı

Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Pol Makinteyr məlumat yayıb.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni kafe açılıb. Bir müddət sonra məkana üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanmışdı.

"Birdən onlar atəş açmağa başladılar. Şadam ki, hadisə nəticəsində ölən olmayıb. Hazırda cinayətkarların axtarışı davam etdirilir", - Makinteyr qeyd edib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026