"Terror istehsal edən bataqlıqlar qurudulmayana qədər Türkiyə sülh içində ola bilməz".
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu III Məşvərət və Qiymətləndirmə Toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, İraq və Suriyanın şimalında terror törədən bataqlıqlar quruyana qədər Türkiyə özünü təhlükəsiz hiss edə bilməz:
"Türkiyə Qəndildəki terror baronlarının yenidən siyasət planlaması və siyasət üzərində qəyyumluq qurmasına razı olmayacaq. Separatçı terror təşkilatına qarşı əldə edilən hər bir uğur demokratiya üçün əhəmiyyətli bir qazancdır. Terror təşkilatı dağıldıqca, demokratiyamız çiçəklənəcək və qazanan 85 milyon vətəndaşı olan Türkiyə olacaq".
Gülşən Şərif
















