Qaz infrastrukturlarının zədələnməsi səbəblərinin araşdırılmasının nəticələrindən asılı olaraq, Latviya Rusiya gəmilərinin Baltik dənizində hərəkətlərinə qadağa qoya bilər.
Bakıvaxtı.az xəbər verir ki, belə bir addımın atıla biləcəyi barədə danışan Latviya Respublikasının prezidenti Edqars Rankeviçs vurğulayıb ki, "Əgər Rusiyanın (və ya hər hansı bir ölkənin, hansı ki, az ehtimal olunur) qəza ilə bağlı məsuliyyəti ortaya çıxarsa, onda Baltik dənizi Rusiya gəmilərinin üzünə bağlanacaq".
Bildirilir ki, Finlandiya ilə Estoniya arasındakı qaz kəmərində sızma olması ilə əlaqədar qaz təminatı dayandırılıb. Finlandiya tərəfi bəyan edib ki, qaz kəməri çox güman xarici müdaxilə səbəbindən zədələnib.
İsmayıl Alısoy
















