• Bakı 21° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

“Süni intellekt insanları işsiz qoyacaq” - Mask

DÜNYA

24 Oktyabr 2025 | 00:40 | Müəllif: Subhan Mahmudov

“Süni intellekt insanları işsiz qoyacaq” - Mask

Amerikalı milyarder və sahibkar İlon Mask bildirib ki, yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacaq və insanlar artıq işləməyə ehtiyac duymayacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, o bu fikirləri “Amazon” şirkətinin 600 min əməkdaşının robotlarla əvəzlənməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.

O, investor Ceyson Kalakanisin sosial şəbəkədəki paylaşımına cavab olaraq qeyd edib ki, süni intellekt və robotlar insanların bütün iş yerlərini əllərindən alacaq:

“İşləmək artıq məcburi olmayacaq”.

Onun fikrincə, gələcəkdə robotlar sayəsində insanlar istədikləri hər bir fəaliyyətlə məşğul ola biləcəklər:

“Məsələn, tərəvəzləri mağazadan almaq əvəzinə, özləri yetişdirə biləcəklər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026