• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıtda silah-sursat aşkarlandı

HADİSƏ

30 Yanvar 2025 | 09:49

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin "Yaşma bağları" ərazisində qeydə alınıb.

Dənizkənarı ərazidən 1 ədəd “Clock 26C” markalı travmatik tapança,1 ədəd süngü bıçaq,1 ədəd “RPQ-7” qumbaraatana aid optik görmə cihazı və ləvazimatları,içərisində 25 ədəd 5,45 mm patron olan 1 ədəd daraq və 4 ədəd kiçik ölçülü şüşə qabda civəyə bənzər maddə aşkar olunub.

Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026