• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ağcabədidə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

HADİSƏ

01 Mart 2025 | 09:26

Ağcabədidə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

Ağcabədidə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, ötən gün hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib.

Nəticədə 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu hadisə yerində ölüb.

Qəzada 5 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026