• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Son on gündə Türkiyədə neçə terrorçu zərərsizləşdirilib?

DÜNYA

03 May 2023 | 16:11

Son on gündə Türkiyədə neçə terrorçu zərərsizləşdirilib?

“Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”.

Bakıvaxtı.az  “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə ordusu terrorla mübarizəni qətiyyətlə davam etdirir: “İraqın şimalında terrorçuların sığınacaqları dağıdılır. Dünən İraqın şimalında terror qruplaşmalarının 2 “rəhbər şəxsi” təslim olub. Suriya ilə sərhəddə isə 3 terrorçu məhv edilib”.

H.Akar bildirib ki, Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının sərhədlərinə, ərazi bütövlüyünə hörmət edir: “Bunu bütün həmsöhbətlərimizə deyirik. Biz Suriyanın şimalında terror dəhlizinin qurulmasının qarşısını alırıq. 2015-ci il iyulun 24-dən bəri 37 793 terrorçu məhv edilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR