• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Son bir həftədə Efiopiyada 55 zəlzələ olub

DÜNYA

03 Yanvar 2025 | 22:25 | Müəllif: Əli Hüseynov

Son bir həftədə Efiopiyada 55 zəlzələ olub

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakətin episentri təxminən 30,7 min nəfər əhalisi olan Asbe-Tefari şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, son bir həftə ərzində Efiopiyada 55 zəlzələ qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR