Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs edilib.
Bakıvaxtı.az "Hraparak"a istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.
İstintaq iş üzrə ümumilikdə 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verib.
...
11:55
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyanı saxlayıb.
Bakıvaxtı.az "Hraparak"a istinadən xəbər verir ki, o, İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə saxlanılıb.
Nəşrin məlumatına görə, saxlanılmağa səbəb Gevorqyanın İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində “Synergy” şirkətinin əməkdaşı kimi iştirak etməsi olub.
Bildirilib ki, Ani Gevorkyan Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan və dövlət investisiyaları siyasəti departamentinin rəhbəri Liliya Sirakanyanın saxlanıldığı iş üzrə İstintaq Komitəsinə aparılıb. Sözügedən şəxslər vəzifə öhdəliklərindən sui-istifadə etməkdə ittiham olunurlar.
Ümumilikdə Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-axtarış tədbirlərindən sonra bu iş üzrə 7 nəfər saxlanılıb.

















