• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sərhəddə İNSİDENT: Atəş açıldı (FOTO)

CƏMİYYƏT

13 Aprel 2022 | 11:10

Sərhəddə İNSİDENT: Atəş açıldı (FOTO)

Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 11-i saat 22:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanan 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram heroin, 8 kiloqram 480 qram marixuana, 0.60 qram metamfetamin) bənzər maddələrvəpsixotrop tərkibli 3189 ədəd metadon-40 dərman prepa­ratı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sərhəddə İNSİDENT: Atəş açıldı (FOTO)Sərhəddə İNSİDENT: Atəş açıldı (FOTO)Sərhəddə İNSİDENT: Atəş açıldı (FOTO)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026