• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kürün səviyyəsi sürətlə artır

CƏMİYYƏT

12 May 2022 | 22:15 | Müəllif: Subhan Mahmudov

Kürün səviyyəsi sürətlə artır

Kürdə suyun səviyyəsi sürətlə artır.

Bakıvaxtı.az-ın məlumatına görə, çayın aşağı axınında suyun səviyyəsi sürətlə artmaqda davam edir. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur.

Təkcə bu gün Kürdə suyun səviyyəsi 20 santimetr artıb. Son 12 gündə isə çayda suyun səviyyəsi 3,1 metr qalxıb.

Kür qırağında quraşdırılmış su nasos stansiyaları tam gücü ilə işləyir. İndiki halda su ilə bağlı ciddi problem yoxdur.

Mütəxəssislər hesab edir ki, bundan sonra da çayda suyun səviyyəsinin artımı gözlənilir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026