• Bakı 12° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Samuxda qamışlıq yandı - VİDEO

HADİSƏ

21 Fevral 2024 | 10:20

Samuxda qamışlıq yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Burunqovağ kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 1 ha sahədə qamışlıq yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Oktyabr 2026