• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Salyan sakini yivli silaha görə həbs edilib

CƏMİYYƏT

05 Fevral 2022 | 10:12 | Müəllif: Subhan Mahmudov

Salyan sakini yivli silaha görə həbs edilib

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakini Vurğun Sadıqov saxlanılıb.

Həmin şəxsdən bir ədəd saz vəziyyətdə olan “İj 56-3” markalı yivli ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR