• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qlobal istiləşmə 1,5 dərəcəni keçib

CƏMİYYƏT

09 Fevral 2024 | 12:02

Qlobal istiləşmə 1,5 dərəcəni keçib

2023-cü ildə havanın orta temperaturu normadan 1,5 dərəcə yüksək olub. Bu, Paris razılaşması çərçivəsində saxlanılması nəzərdə tutulan səviyyəni aşıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, istiləşmə qalıcı deyil, lakin artım tendensiyası davam edərsə, bir neçə ildən sonra daimi ola bilər.

Orta temperatur dünya liderlərinin 2015-ci ildə keçməyəcəyinə söz verdikləri həddən yuxarı qalxıb. 2023-cü il havanın temperaturunun 2015-ci ildə müəyyən edilmiş hədəfdən yuxarı qaldığı ilk il kimi qeydə alınıb.

Təkcə Avropa İttifaqının iqlim xidmətinin hesabatı deyil, bütün məlumatlar dünyanın müasir tarixinin ən isti dövrünü yaşadığını göstərir. Lakin bu hələ o demək deyil ki, Paris iqlim sazişinin qarşıya qoyduğu hədəf aşılıb. Mütəxəssislər bildiriblər ki, qlobal temperatur artımını hələ də 1,5 dərəcədən aşağı salmaq və orada saxlamaq mümkündür.

Uzunmüddətli qlobal istiləşmə tendensiyası, şübhəsiz ki, insan fəaliyyəti ilə bağlıdır. İstixana qazları emissiyaları, qalıq yanacaq istifadəsi keçən ilki istiləşmədən məsuldur. Bir neçə aydır ki, buna El Nino adlı iqlim hadisəsi də əlavə olunur. Təbii dövran olan El Nino temperaturu 0,2 dərəcə artırıb. Bu onu göstərir ki, El Nino bir neçə ay ərzində təsirini itirdikdə temperatur artımı 1,5 dərəcədən aşağı düşə bilər. Lakin istixana qazı emissiyalarının artım tempini nəzərə alsaq, 1,5 dərəcə həddinin 10 il ərzində aşılması qaçılmaz görünür.

Mütəxəssislər qlobal istiləşmənin sürətini azaltmaqda müəyyən irəliləyişlərin əldə edildiyini bildirirlər. Bərpa olunan enerji və elektrik avtomobilləri kimi yaşıl texnologiyaların inkişafı ümidvericidir. Ən pis ssenari hesab edilən 4 dərəcə istiləşmə ehtimalının azaldığı qeyd edilir. Üstəlik, xalis sıfır karbon emissiyasına nail olmağın hələ də mümkün olduğu vurğulanır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR