• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qarlı hava davam edəcək

CƏMİYYƏT

10 Yanvar 2023 | 16:37 | Müəllif: Qalib İbrahimoğlu

Qarlı hava davam edəcək

Ölkə ərazisində qarlı və dumanlı hava şəraiti davam edir.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xidmətin yanvarın 10-da saat 15:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır. Digər rayonlarda isə yağıntıda qısa fasilə yaranıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR