• Bakı 22° C

    5.14 m/s

Prezidentin xüsusi nümayəndəsi Kəlbəcərdə arıçılıqdan danışdı 

    SİYASƏT

    12 Sentyabr 2026 | 19:21 | Müəllif: Günəş Mərd

    Prezidentin xüsusi nümayəndəsi Kəlbəcərdə arıçılıqdan danışdı

    Arıçılıq Kəlbəcərin qədim təsərrüfat ənənələrindən biridir və uzun illər rayon əhalisinin məşğulluğunda, təsərrüfat həyatında mühüm yer tutub. Bu ənənələr bu gün də inkişaf edir və yeni mərhələyə qədəm qoyur. Arıçıların öz fəaliyyətlərini genişləndirməsi və istehsal etdikləri məhsulları belə bir festivalda təqdim etmələri də olduqca sevindiricidir.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev sentyabrın 12-də Kəlbəcərdə keçirilən II Bal Festivalında çıxışı zamanı deyib.

    O bildirib ki, bu festivalın və Kəlbəcərdə keçirilən belə tədbirlərin əsasında Kəlbəcər insanının zəhməti, yurd sevgisi və Vətənə bağlılığı dayanır. "Bu gün də həmin dəyərləri onların gündəlik həyatında, eləcə də bu tədbirdə böyük həvəslə iştirakında aydın görürük. Onların əməyi və torpağa bağlılığı tədbirlərin əsl mənasını təşkil edir. İnsanların üzündəki sevinc onu göstərir ki, bu tədbirlər torpaqla yenidən qovuşmanın və qurulan yeni həyatın ifadəsidir. İnanıram ki, Bal Festivalı bundan sonra da ənənəvi şəkildə keçiriləcək, ildən-ilə miqyası genişlənəcək, Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının ölkəmizdə və beynəlxalq səviyyədə tanıdılmasına öz töhfəsini verəcək", - deyə o vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026