• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident açılışda iştirak etdi - FOTOLAR

SİYASƏT

06 Iyun 2023 | 14:15

Prezident açılışda iştirak etdi - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.


Prezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026