• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Parlamentin daha bir əməkdaşı hakim TƏYİN EDİLDİ

CƏMİYYƏT

20 Noyabr 2024 | 16:40

Parlamentin daha bir əməkdaşı hakim TƏYİN EDİLDİ

Ötən gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncamla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin edilən Leyla Şövkətli-Mənsimli Milli Məclisin əməkdaşıdır.

O, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ekspertidir.

Leyla Şövkətli-Mənsimli bir müddət əvvəl test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək hakimliyə namizəd olub.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilən Bəhruz Müslümov da Milli Məclisin əməkdaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026