“Biz gözləyirdik ki, Mərkəzi Bankda kadr dəyişiklərindən sonra rəqəmsal transformasiya güclənəcək. Baş verənlər isə bunun tərsini göstərir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, banklar arasında ən böyük İT komanda onlardadır: “Sadəcə, biabırçılıq! Azərbaycan Beynəlxalq Bankı (ABB ) vətəndaşdan bank hesabı açmaq üçün analoqu olmayan, absurd bir arayış tələb edib. Bank ondan 15 il öncə baş tutan soyad dəyişikliyi ilə bağlı "ASAN Xidmət"in təsdiqləyici sənədinin gətirilməsini istəyib. Dəqiq bilirəm ki, ABB İT layihələrə, rəqəmsallaşmaya yüz milyonlarla vəsait xərcləyib.Görünür, bütün bunlar səmərəsiz və qeyri-effektiv olub".
O.Gündüzə görə, görünür ki, bu nəhəng dövlət strukturunda ötən illərdə baş verən neqativ proseslər hələ də davam edir: “Çox təəssüfüf. Belə olan halda Elektron Hökumətin İnkişafı Mərkəzinin hazırladığı Asan Finance, onlayn bank hesabı açmaq kimi uğurlu layihələri də öz əhəmiyyətini itirmiş olur. Ümid edirəm, Mərkəzi Bank bu cür biabırçılığa ciddi qiymət verəcək. Düşünürəm ki, burada İT xərclərin auditini də aparmaq doğru olardı”.
Aytac Aslan
















