• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu il 602 nəfərdə İİV aşkarlanıb

CƏMİYYƏT

20 Oktyabr 2022 | 10:31

Bu il 602 nəfərdə İİV aşkarlanıb

Azərbaycanda bu il 602 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.

Bu barədə Bakıvaxtı.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülüb (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi).

İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadındır.

Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR