• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Onu Hitlerə oxşatdı

DÜNYA

06 Aprel 2026 | 23:31

Onu Hitlerə oxşatdı

Digər Ukrayna” hərəkatının rəhbəri, siyasətçi Viktor Medvedçuk Almaniya kansleri Fridrix Mertsi sərt şəkildə tənqid edərək, onu Üçüncü Reyxin lideri Adolf Hitlerin siyasətini təkrarlamaqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, Medvedçuk dərc etdiyi məqalədə Almaniyanın sürətlə yeni dünya müharibəsinə doğru sürükləndiyini iddia edib.

Siyasətçinin fikrincə, kansler ordunu genişləndirmək və “yağ əvəzinə silah” şüarını təbliğ etməklə nasist Almaniyasının metodlarından istifadə edir:

“Kansler Merts Hitlerin nümunəsini izləyərək müharibəni ilahiləşdirir. O, “Almaniya geri döndü!” deyə qışqıranda nasist Almaniyasını xatırlamamaq mümkün deyil. Merts Hitlerin Vermaxtı (nasist Almaniyası ordusu – red.) yaratdığı kimi, Avropanı böyük bir müharibəyə sövq edir”.

O, həmçinin Avropa İttifaqını iqtisadi birlikdən “Dördüncü Reyx”ə çevrilməkdə və yeni “blitskriq” planları qurmaqda günahlandırıb.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Merts son çıxışlarında Moskvaya qarşı daha sərt mövqe nümayiş etdirib.


SON XƏBƏRLƏR

06 Aprel 2026