• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Neftçalada qəza - Azyaşlı öldü - YENİLƏNİB

HADİSƏ

24 Yanvar 2026 | 18:02

Neftçalada qəza - Azyaşlı öldü - YENİLƏNİB

Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

“Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir”, - məlumatda vurğulanıb.

***

15:42

Neftçalada baş verən qəzada azyaşlı ölüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.

Avtomobillərin toqquşmadı nəticəsində azyaşlı sərnişin ölüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026