q
  • Bakı 15° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

"Müsəlman ölkələrini dost hesab edirik"

DÜNYA

17 Aprel 2026 | 08:59

Müsəlman ölkələrini dost hesab edirik

İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki bütün müsəlman ölkələrini dost və qardaş kimi gördüklərini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, ABŞ-nin regiondakı hərbi obyektlərinə endirilən zərbələrin müdafiə xarakteri daşıdığını vurğulayıb.

“İran İslam Respublikası bütün müsəlman ölkələrini öz qardaşı hesab edir və bu mövqe Məhəmməd peyğəmbərin praktikasına əsaslanır. Eyni zamanda, regiondakı ABŞ hərbi bazalarına son zərbələr müdafiə tədbirləri çərçivəsində həyata keçirilib”, - deyə o bildirib.

Məlumata görə, Pezeşkian bu fikirləri Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ilə görüşü zamanı səsləndirib.

İran prezidenti əlavə edib ki, region ölkələri problemləri kollektiv şəkildə, dini və mədəni ortaq dəyərlərə əsaslanaraq həll edə bilər. Onun sözlərinə görə, Avropa da oxşar yanaşmanı NATO mexanizmi vasitəsilə tətbiq edir.


SON XƏBƏRLƏR

16 Aprel 2026