• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Müəllimlərin DİQQƏTİNƏ!

CƏMİYYƏT

20 May 2026 | 13:14

Müəllimlərin DİQQƏTİNƏ!

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə 21 maydan etibarən start verilir.

Bakıvaxtı.az bu barədə MÜTDA-dan məlumat əldə edib.

Bildirilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. Qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi kabinetlərinə daxil olaraq vakant yerləri seçə biləcəklər. Bu mərhələ 22 may saat 11:00-dək davam edəcək.

Daha sonra digər müsabiqə iştirakçıları üçün də vakansiya seçimi prosesi həyata keçiriləcək. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilir.

Məsul qurum vakansiya seçimi zamanı iştirakçılara diqqətli olmalarını və seçim tamamlandıqdan sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.


SON XƏBƏRLƏR

20 May 2026