• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Meymun üç yaşlı qızı qaçırıb

DÜNYA

01 Noyabr 2023 | 08:40 | Müəllif: Qalib İbrahimoğlu

Meymun üç yaşlı qızı qaçırıb

Çində meymun üç yaşlı qızı qaçırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Quizhou əyalətində baş verib. Belə ki, valideynlərinin ağacın altında tək qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında tapıb.

Məlumata görə, qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub.

Polis bildirib ki, hadisə ilə əlaqədar olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026