Bu gün İstanbulda bütün məktəblər, təhsil mərkəzləri və kurslar bir günlük bağlanacaq.
Bakıvaxtı.az bu barədə TRT-yə istinadla xəbər verir.
Məlumata görə, bələdiyyə əlverişsiz hava şəraitini əsas gətirərək bu qərarı açıqlayıb.
Dövlət müəssisələrində çalışan veteranlar, əlil və hamilə işçilər, həmçinin 8 yaşından kiçik uşaqları olan analar inzibati məzuniyyətdə hesab olunacaq.
Lakin təhlükəsizlik, səhiyyə və qar təmizləmə sahələrində çalışan işçilər bu güzəştdən kənarda qalacaq.
Əli Hüseynov














