• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Liverpul"dan "Milan"a

İDMAN

23 Mart 2022 | 02:51 | Müəllif: Subhan Mahmudov

"Liverpul"dan "Milan"a

"Liverpul" hücumçusu Divok Oriqi ilə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək.

Bakıvaxtı.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu belçikalı oyunçunu göndərmək fikrindədir.

Futbolçu ilə "Milan" yaxından maraqlanır. İtaliya klubu onu yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır. Oriqi ilə danışıqlar aparıldığı və şifahi razılıq əldə olunduğu qeyd olunub.

2014-cü ildən "Liverpul"da çıxış edən Oriqi bu mövsüm Premyer Liqada 3 oyuna 2 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026