• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Livan və İsrail atəşkəsə RAZILAŞDI

DÜNYA

16 Aprel 2026 | 20:11 | Müəllif: Subhan Mahmudov

Livan və İsrail atəşkəsə RAZILAŞDI

Livan və İsrail sülhə nail olmaq üçün 10 günlük atəşkəs barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.

O, Livanın Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

“Çərşənbə axşamı iki ölkə 34 ildən sonra ilk dəfə Vaşinqtonda Dövlət katibi Marko Rubio ilə görüşdülər. Mən Vitse-prezident Vensə və Dövlət katibi Rubioya, eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrail və Livanla birlikdə davamlı sülhə nail olmaq üçün işləməyi tapşırdım. Dünyada 9 müharibəni həll etmək mənim üçün şərəf olub və bu, mənim 10-cu sülhüm olacaq. Ona görə də gəlin bunu başa çatdıraq” ,- deyə Tramp əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026